Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

AHİK-də qəbul

03.10.08 - 18:55309 baxılıb

AHİK sədri, millət vəkili Səttar Mehbalıyev ölkəmizdə səfərdə olan İctimai Xidmət İnternasionalının (PSİ) Avropa üzrə nümayəndə heyətini qəbul etmişdir.
Nümayəndə heyətinin səfəri AHİK-in üzv təşkilatları ilə tanışlıq və onlarla əməkdaşlıq imkanlarını araşdırmaq məqsədi daşıyır.


"Seçkilərdə İlham Əliyevin qələbəsi qaçılmazdır"

03.10.08 - 18:54357 baxılıb

Mübariz Əhmədoğlu:
"Hakimiyyətin namizədi "danışmaq
əvəzinə əməli iş" texnologiyasından
istifadə edir ki, bu da öz səmərəsini verib"

Oktyabrın 15-də keçiriləcək prezident seçkilərinə iki həftədən də az vaxt qalır. Hazırda prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyasının ən fəal dövrüdür. Namizədlər ayrılmış efir vaxtından və seçicilərlə birbaşa görüşlərdən istifadə etməklə öz platformalarını açıqlayırlar. Bu, seçki prosesinin qiymətləndirilməsi baxımından normal olsa da, siyasi müşahidəçilər 2008-ci ilin prezident seçkilərinin əvvəlkilərdən özəlliklələri ilə fərqləndiyini iddia edirlər.


1 Oktyabr Beynəlxalq Ahıllar Günüdür

27.09.08 - 17:26720 baxılıb

İnsana qocalanda qayğı göstər

Buna çoxları ehtiyac duyur

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası 1982-ci ildə ahılların sosial müdafiəsi ilə bağlı Qətnamə qəbul etmişdir.
Sözügedən sənədin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-də respublikamızın şəhər və rayonlarında Beynəlxalq Ahıllar Günü (70 yaşından yuxarı insanlar ahıl sayılır) geniş qeyd olunur. Məqsəd də ahıl vətəndaşların sosial problemləri ilə yaxından tanış olmaq, bilavasitə onlarla sıx ünsiyyət yaratmaq, ehtiyaclarını müəyyənləşdirmək və onların həllində imkanlı müəssisələr, kollektivlər, qeyri-hökumət təşkilatları ilə birlikdə əməli tədbirlər görməkdən ibarətdir. Onu da deyək ki, 2006-cı ilin 1 yanvar tarixinə olan məlumata görə, ölkədə 350,3 min ahıl yaşda olan əhali var.


İnsan hüquqlarının qorunması üçün silsilə tədbirlər həyata keçirilir

27.09.08 - 17:25422 baxılıb

Faiq Qurbanov: "Azərbaycanda aparılan hüquqi islahatları davam etdirmək üçün siyasi iradə var"

Son illər respublikamızda insan hüquqlarının müdafiəsi baxımından xeyli işlər görülüb. Bu sahəyə aid qanunvericilik bazasının təkmilləşdirilməsi ilə yanaşı, beynəlxalq təşkilatlarla da əməkdaşlıq genişləndirilib. Respublikamızda insan hüquqlarının qorunması təmini sahəsində görülən tədbirlərə Ədliyyə Nazirliyi İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Qurbanovla söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.


Advokat

27.09.08 - 17:25760 baxılıb

- İşəgötürənin təşəbbüsü ilə başqa işə keçirmə hansı hallarda ola bilər?
Pəri QULİYEVA,
Bakı şəhəri.

- Əmək Məcəlləsinin 60-cı maddəsinə əsasən:
İşçi onun razılığı olmadan istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə bir ay müddətinə müvəqqəti olaraq başqa işə keçirilə bilər. Bu halda işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilə bilməz. Başqa işə keçirilmə müddətində işçinin əməkhaqqı görülən işin müqabilində, lakin əvvəlki orta aylıq əməkhaqqından aşağı olmamaqla ödənilir.


BEYNƏLXALQ PANORAM

27.09.08 - 17:24313 baxılıb

Sərt qərara sərt cavab

Beynəlxalq Nəqliyyat Işçiləri Federasiyası (BNİF) Yunanıstan hökumətini tətilə başlamaqla hədələyir. Onların bu bəyanatı Yunanıstan hökumətinin milli aviaşirkəti olan "Olimpik Hava Yolları"nı bağlamaq qərarına cavabdır. Belə ki, bu aviaşirkətin bağlanması nəticəsində təxminən 8 min işçi ixtisara düşə bilər. BNİF təşkilatı və onun Avropadakı nümayəndəsi-Avropa Nəqliyyat İşçiləri Federasiyası artıq Yunanıstanın Nəqliyyat nazirinə bu barədə öz narazılığını bildirmişdir. Onların bildirdiyinə görə, aviaşirkətin bağlanması və onun özəlləşdirilməsi Avropa qanunlarına ziddir.


2009-cu ilin dövlət büdcəsi hazırdır Gələn il büdcənin 45 faizi tikinti-infrastruktur layihələrinə sərf olunacaq

27.09.08 - 17:24389 baxılıb

Maliyyə Nazirliyi "2009-cu ilin dövlət büdcəsi haqqında" qanun layihəsini hökumətə təqdim edib və Nazirlər Kabineti gələn ilin sosial-iqtisadi inkişaf göstəricilərini və ölkənin ali maliyyə sənədinin makroiqtisadi parametrlərini nəzərdən keçirdikdən sonra təsdiq edib. Yeni büdcə paketindəki makroiqtisadi proqnozlar gələn il ilk növbədə maliyyə sabitliyinin möhkəmlənməsini və inkişafın sürətlənməsini özündə ehtiva edir. Maliyyə Nazirliynin proqnozlarına görə, 2009-cu ildə ümumi daxili məhsulun həcmi 43,6 milyard manat təşkil edəcək. Bu, 2008-ci illə müqayisədə 18 faiz artım deməkdir. Gələn ilin büdcə paketinin həcmi isə bu illə müqayisədə 16,1 faiz artaraq 12 milyard 177 milyon manat təşkil edəcək. İcmal büdcənin gəlirləri isə 22 milyard 680 milyon manata bərabər olacaq.


Bakının mərkəzində kiçiktutumlu avtobus qalmayacaq

27.09.08 - 17:23484 baxılıb

Namiq Həsənov: "Sahibkarlar 80 min avro verib iritutumlu avtobuslar almalıdırlar"


Sentyabrın 24-dən başlayaraq Bakı şəhərindəki sərnişindaşıma nəqliyyatında yaranan problem hələ aradan qalxmayıb. Paytaxtın mərkəzindəki küçə və prospektlərdə hərəkət edən aztutumlu mikroavtobusların hərəkətinə Nəqliyyat Nazirliyinin Dövlət Avtonəqliyyat Xidməti tərəfindən qadağa qoyulduğundan sərinişindaşımada çətinliklər ortaya çıxıb. Səbəb isə şəhərin mərkəzində, əhalinin və nəqliyyatın hərəkətinin sıx olduğu yerlərdə 14 yerlik mikroavtobusların iritutumlu avtobuslarla əvəzlənməsi barədə Nəqliyyat Nazirliyinin qərarına sərnişindaşıma ilə məşğul olan şirkətlərin əməl etməməsidir.


"Azərpoçt" 2010-cu ildən bank xidməti göstərəcək

27.09.08 - 17:23423 baxılıb

Dünya ölkələrində poçt şöbələrinin cəlb etdikləri
depozitlərin həcmi banklardan dəfələrlə artıqdır

2010-cu ildən "Azərpoçt" Dövlət Müəssisəsinin şöbələri bank xidməti göstərəcək. Bununla əlaqədar olaraq Milli Məclis "Poçt rabitəsi haqqında" Qanuna dəyişikliklər edəcək. "Azərpoçt"un rəhbəri Novruz Məmmədovun sözlərinə görə, poçt şöbələrinin maliyyə-bank sektorunun mövcud elektron sisteminə birləşdirilməsi ölkə rəhbərliyi tərəfindən məqsədəuyğun hesab edilib. Dünyada poçt şöbələrinin bank xidmətləri göstərməsi ilə bağlı təcrübə mövcuddur. Çünki bankların filialları əsasən şəhərlərdə olur. Nəticədə kənd yerlərində yaşayan insanlar maliyyə-bank xidmətlərindən istifadə edə bilmirlər.


Birliyin qurultayı

27.09.08 - 17:22365 baxılıb

Sentyabrın 21-22-də Moskva şəhərində Elm və Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqı Birliyinin növbəti IV qurultayı keçirilmişdir. MDB-nin 9 dövlətindən seçilmiş nümayəndələrin iştirak etdiyi qurultayda Birliyin sədri R. A. Papilovun hesabat məruzəsi dinlənilmişdir.


“Layiqli əmək uğrunda" seminar keçirilmişdir

27.09.08 - 17:21372 baxılıb

Sentyabrın 19-dan 21-dək Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində "Layiqli əmək uğrunda" ümumdünya hərəkətinə həsr olunmuş seminar keçirilmişdir.


Qürur və minnətdarlıq Bu hisslər tərəflərin qarşılıqlı diqqəti və məsuliyyəti nəticəsində formalaşmışdır

27.09.08 - 17:21601 baxılıb

Sentyabrın 19-da Dövlət Neft Şirkətinin "Neftqaztikinti" trestinin Zığda inşa olunmuş idman kompleksində neftçilərin peşə bayramı təntənə ilə qeyd olundu. Tədbir başlamazdan əvvəl trestin həmkarlar ittifaqı komitəsinin sədri Elşad Cəbrayılovdan müsahibə götürdüm. Müsahibim yenicə cərrahiyyə əməliyyatından çıxmasına, hələ də ağrılarının getməməsinə baxmayaraq, yüksək əhvali-ruhiyyədə idi. Bu əhvali-ruhiyyə söhbətində də özünü büruzə verirdi. "Bura toplaşan insanların hər birinin qürrələnməyə, ən azı xoş sözlər eşitməyə haqqı var. Çünki Azərbaycanın iqtisadi, sosial cəhətdən dirçəlməsində, dünyanın ən qabaqcıl ölkələri sırasında öz yerini tutmaq iddiasına düşməsində onların xidmətləri müqayisəedilməzdir".


ƏLAQƏLƏR GENİŞLƏNİR

27.09.08 - 17:20355 baxılıb

Sentyabrın 25-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev Beynəlxalq Əmək Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə Subregional Bürosunun direktoru xanım Eleyn Fultzla görüşmüşdür.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

27.09.08 - 17:19531 baxılıb

sentyabrın 22-də
…Prezident Sarayında XIII Pekin Paralimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançıları və onların məşqçilərini qəbul etmişdir.


Nazirlər Kabineti mətbuat xidmətinin məlumatı

27.09.08 - 17:19507 baxılıb

Sentyabrın 23-də Azərbaycan Respublikasının Nazirlər Kabineti "İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında" Qərar qəbul etmişdir.


Ankarada "Leyli və Məcnun" fotosərgisinin açılışı olub

21.09.08 - 9:42412 baxılıb

Sərgi bir həftə müddətində TÜRKSOY-un binasında nümayiş etdiriləcək

Milli musiqi günü ilə bağlı olaraq Türkiyənin paytaxtı Ankarada TÜRKSOY-un Baş direktorluğunun binasında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov və onun şah əsəri "Leyli və Məcnun" operasının 100-cü ildönümü üçün hazırlanan fotosərginin açılışı olub.


Kompyuter oyunları və gələcəyin avtoxuliqanları

21.09.08 - 9:41728 baxılıb

Ötən il ərzində 1396 avtoxuliqanın aşkarlanması bu işə həvəslilərin heç də az olmadığını göstərir. Bəs gəncləri avtoxuliqanlıq etməyə sövq edən nədir? Bu vərdişə həvəs haradan başlayır?
Müasir dövrdə cəmiyyətdə yer tutmaq üçün kompyuter biliklərinin olması vacibdir. Əgər kompyuteri əla bilsən, nə qədər çox proqramlarda işləməyi bacarsan bir o qədər də işin asan olar. Amma nədənsə müasir gənclər proqramlar öyrənmək əvəzinə, kompyuterdən daha çox əyləncə vasitəsi kimi istifadə edirlər. Bunlardan biri də oyunlardır.


Kommunal xidmətlərə görə borclar silinə bilər

21.09.08 - 9:41611 baxılıb

Vüqar Bayramov:
"Bu həm vətəndaşların inamını artırar, həm də yığım prosesınə təkan verər"

Bu günlərdə vergi orqanlarına borcu olan qurumların adı açıqlandı. Kommunal sahədə fəaliyyət göstərən təsərrüfatların borcu 2,7-2,8 milyard manata yaxındır ki, onların əksəriyyəti debitor borclarıdır. Vergi borcu olan dövlət orqanları siyahısına isə "Azəriqaz", "Azərenerji" səhmdar cəmiyyətləri başçılıq edir. Həmin qurumlar hesab edirlər ki, buna istehlakçı qrupların ödənişləri vaxtlı-vaxtında həyata keçirməmələri səbəb olur. Maraqlıdır, ildən-ilə yığılıb qalan bu borcların taleyi necə olacaq?


Özbaşına tikililərin müqəddəratına aydınlıq gətiriləcək

21.09.08 - 9:38493 baxılıb

Arif Qaraşov:
"Dünya Bankının ekspertlərinin verdiyi rəydən asılı olaraq həmin tikililərin müqəddəratının həlli barədə hökumət qarşısında məsələ qaldırılacaq"

Paytaxtdakı binalarda mənzillərin qiymətinin bahalaşmasından sonra əhalinin böyük bir hissəsi torpaq alaraq ev tikməyə üstünlük verib. Vətəndaşların əksəriyyəti isə bələdiyyələrdən torpaq ayrılması üçün sərəncam əldə etdikdən sonra tikinti işlərinə başlayır. Bu yolla inşa edilən evlərə sənəd almaq problemə çevrilir. Bu problemin aradan qaldırılmasından ötrü Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Dünya Bankı ilə birlikdə layihəni hazırlayıb. Artıq layihənin icrasına başlanıb. Layihə və sözügedən sahədə mövcud durum barədə Xidmətin rəisi Arif Qaraşovla söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.


Advokat

21.09.08 - 9:37922 baxılıb

- Ərin nikahın pozulmasını tələb etmək hüququ məhdudlaşdırıla bilərmi?

Sənubər İSAYEVA,
Bakı şəhəri.

- Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 15-ci maddəsinə əsasən, arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra bir il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz, bu dövrdə ərin nikahın pozulmasını tələb etmək hüququ məhdudlaşdırılır.


< 1 2 3 4 5 ... 117 118 119 120 121 ... 168 169 170 171 172 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.