Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Müvafiq strukturlar isə akademiklərə yalnız ilin sonunadək maddi yardım göstərəcəklərini iddia edirlər
"Elmlər Akademiyası" metrostans iyasının yaxınlığında 546-cı məhəllədə məskunlaşan akademiklərin (məhəllədə əsasən ali təhsil ocaqlarının professorları məskunlaşıb) evlərindən çıxarılması ilə bağlı yaranan qarşıdurma səngimək bilmir.
Bakı əvvəllər dənizin kənarında amfiteatrı xatırladırdı, indi isə...
Emil Axundov: "Dəniz sahilinin 20-50 metrliyində obyektlər inşa edilsə, sakinlər oksigen çatışmazlığından boğulacaq"
Milli Məclisin müvafiq komissiyalarında "Torpaq islahatı haqqında" Qanuna əlavə və dəyişikliklər müzakirə edilib. Qanuna təklif edilən dəyişikliyə əsasən, Xəzər dənizinin sahilboyu zolağında 20-50 metr məsafədə fərdi evlərin və obyektlərin tikintisinə icazə veriləcək. Hazırda qüvvədə olan qanunvericilikdə bu məsafə 80-130 metr arasında götürülür.
1 kq. "ağ qızıl"ı 40 qəpiyə becərən fermerlər onu ən yaxşı halda 33 qəpiyə satmalı olurlar
Sentyabrın 1-dən etibarən respublika ərazisində başlanan pambıq yığımı davam edir. Lakin son günlər dünya bazarında "ağ qızıl"ın qiymətinin kəskin şəkildə aşağı düşməsi Azərbaycanda da pambığın istehsalı və satışı ilə bağlı ciddi problemlər ortaya çıxarıb. Yəni məhsulun istehlak qiymətinin maya dəyərindən aşağı olması Azərbaycanda pambıqçılığı böhranlı vəziyyətlə üzləşdirib.
Azərbaycanın neft vəsaitlərinin idarəetməyə verilməsindən əldə etdiyi gəlirlər azalacaq
Amerikanın maliyyə bazarında baş verən partlayışın dalğaları artıq digər qitələri də əhatə etməyə başlayıb. Üç gün əvvəl ABŞ-ın ən nəhəng maliyyə qurumu olan "Lehman Brothes"in özünü müflis elan etməsi Amerika ilə yanaşı Avropanın, Asiyanın fond bazarlarını əməlli-başlı silkələyib.
İngiltərədə bir il və daha uzun müddət işsiz qalan şəxslərin sayının 2009-cu ilin sonuna qədər iki dəfədən çox artacağı gözlənilir. Ölkənin ən böyük həmkarlar ittifaqı sayılan "TUC"un yaydığı məlumata görə, bu qəbildən olan işsizlərin sayının xeyli müddət 700 min ətrafında qalacağı, hətta yaxın gələcəkdə 2 milyona çatacağı gözlənilir. İngiltərədə daimi işi olmayanlarla müvəqqəti işsizlərin sayı birlikdə 1,6 milyon nəfərdir.
Şahin İSMAYILOV, Azərbaycan Memarlıq və İnşaat Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri:
- Komitəmizin bu günlərdə keçirdiyi yığıncaqda müəllimlərimizdən biri dedi ki, bizim işimizin öhdəsindən yüksək səviyyədə gəlməməyə, sadəcə, haqqımız yoxdur:" Çünki dövlət imkanı daxilində qayğımıza qalır.
Yeni dərs ilinin başlanması ilə əlaqədar Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və "Kainat" Gənclik Mərkəzi birlikdə Nəsimi rayonunda yerləşən 268 saylı xüsusi məktəbdə tədbir keçirmişlər.
Müsahibimiz Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyevdir
Bakı "Neft Akademiyası" olaraq qalacaq
- Cahangir müəllim, əvvəlcə Sizi, neftçilər günü peşə bayramınız münasibətilə təbrik edirəm. - Sağ olun. - Neft sənayesinin Azərbaycan iqtisadiyyatının inkişafında, ölkə büdcəsinin formalaşmasında tutduğu yerlə müqayisədə sahə işçilərinin rifah halı düz, yoxsa tərs münasibdir?
sentyabrın 14-də …Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə telefonla zəng etmişdir. …Permdə təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə başsağlığı vermişdir.
İdmançımız üç təkanla tullanmada ikiqat mükafatçı oldu
Çinin paytaxtı Pekində davam edən XIII Yay Paralimpiya Oyunlarında Azərbaycanın daha bir idmançısı uğur əldə edib. Üç təkanla uzununa tullanma yarışlarında həmyerlimiz Zeynuddin Bilalov gümüş medal qazanıb.
"Yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər öldü, 3 nəfər isə yaralı halda xəstəxanaya çatdırıldı". Artıq hər birimiz gün ərzində müxtəlif informasiya vasitələrindən onlarca bu cür xəbər alırıq. Ürək ağrıdıcı olsa da, Azərbaycanda avtomobil qəzalarının sayı gündən-günə artır. Son altı ayın statistik məlumatlarına baxsaq bu dəhşətli mənzərənin şahidi olarıq.
Çingiz Əsgərov: "Qərarların icrası ilə bağlı Avropa Şurası Nazirlər Komitəsinə mütəmadi məlumat verilir"
Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı 13 qərar çıxarıb. Azərbaycana qarşı çıxarılan eyni tip qərarların təkrarlanmaması üçün bir sıra tədbirlərin görülməsi zəruridir. Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işinin təşkili və onun məhkəmə təcrübəsində nəzərə alınması da müəyyən əhəmiyyət kəsb edir.
Babək Hüseynov: "Yardımların təyin olunmasında nöqsanlara yol verən 10 nəfər tutduğu vəzifədən azad edilib, 101 nəfərə töhmət verilib"
Ölkəmizdə ünvanlı yardım siyasəti getdikcə təkmilləşdirilir. Aztəminatlı ailələrin sosial-rifah halının yaxşılaşdırılması üçün tətbiq olunan ünvanlı yardımların əhatə dairəsinin genişləndirilməsi üçün mövcud qanunvericiliyə bir sıra əlavə və dəyişikliklər edildi. Lakin bütün bunlara baxmayaraq, hələ də bu sahədə problemlərin qaldığı bildirilir.
Vahid Əhmədov: "Gələn ilin dövlət büdcəsi sosialyönümlü olacaq"
Sentyabrın axırında Milli Məclisin payız sessiyası öz işinə başlayır. Bu sessiyanın gərgin keçəcəyi indidən gözləniləndir. Çünki ötən iclaslardan fikir ayrılığına səbəb olan bəzi qanun layihələrinin qəbulu məhz payız sessiyasına qalıb. Ümumiyyətlə, ilin sonunadək hansı məsələlərin müzakirə ediləcəyini müəyyənləşdirmək üçün parlamentin İqtisadi Siyasət Daimi Komissiyasının üzvü Vahid Əhmədovla əlaqə saxladıq.
- Meşə Məcəlləsinin 11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətindədir. Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir.
Dünya Bankının ən iri maliyyə strukturlarından olan Beynəlxalq Maliyyə Korporasiyasının dünya ölkələrində biznes mühitinə dair hazırladığı növbəti "Doing Business - 2009" hesabatında isə Azərbaycan 181 ölkə arasında 1 nömrəli islahatçı ölkə elan edilib. Respublikamız işgüzar mühitin əlverişliliyi baxımından dünya ölkələri arasında və hesabatın tərtibatı tarixində ilk ölkədir ki, ötənilki göstəricisini 64 pillə yaxşılaşdıraraq bütün MDB ölkələrini və Avropanın bir neçə inkişaf etmiş ölkəsini geridə qoyub. Respublikamız ötən il 97-ci pillədə qərar tutmuşdusa, bu il 33-cü yerə yüksəlib.
Bu ildən bütün şagirdlər məktəblərə vahid geyim formasında gedəcəklər
Yeni dərs ilinin başlamasına saylı günlər qaldığı bir vaxtda vahid məktəbli formasının ətrafında gərginlik son həddə çatıb. Valideynlər isə bu məsələdə lap çaş-baş qalıblar. Onlar artıq bilmirlər ki, övladlarına dərs ləvazimatı alsınlar, yoxsa hər gün müxtəlif çeşiddə və rəngdə təqdim edilən məktəbli formalarına pul xərcləsinlər.
"Azərbaycanla Türkmənistanın enerji sahəsində əməkdaşlığı regionda yeni həyatın başlanması halıdır"
Sentyabrın 9-10-da Bakıda "Azərbaycan və Türkmənistanın neft-qaz potensialı: energetika, iqtisadiyyat, ekologiya. Əməkdaşlığın strategiyası" mövzusunda beynəlxalq sərgi-konfrans keçirilib. Tədbirdə Türkmənistanın dövlət nümayəndə heyəti ilə yanaşı, bu ölkədə fəaliyyət göstərən xarici şirkətlər, bütövlükdə dünyanın 31 ölkəsindən 450 nümayəndə iştirak edib. Müzakirələr əsasən Azərbaycan və Türkmənistanın neft-qaz resurslarının qiymətləndirilməsi, regional əməkdaşlıq və neft-qaz komplekslərinin inkişafı, beynəlxalq və regional investisiya layihələri ilə bağlı aparılıb. Bununla yanaşı, sərgi-konfransda əsas diqqət daha çox Türkmənistan və Azərbaycan qazının Avropaya nəqli üzrə layihələrin əhəmiyyətinə yönəldildi.
ABŞ-ın Əmək Nazirliyi avqust ayının sonunda ölkədə işsizlik səviyyəsinin 6,1%-ə yüksəldiyini bəyan etmişdir. Ötən ayla müqayisədə bu rəqəm 0,4 % artaraq 600 mini ötmüşdür. ABŞ-da ötən ay 84 min adam işsiz qalmışdır. Halbuki mütəxəssislər bu rəqəmin 75 mindən artıq olmayacağını proqnozlaşdırırdılar.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.