Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
(mayın 13-də) …Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quaydı qəbul etmiş, ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini və bu beynəlxalq tədbirin təkcə paytaxtı deyil, regionları da əhatə etməsinin önəmini qeyd etmişdir.
(mayın 14-də) …Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmiş, ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olduğunu və yüksək səviyyədə təmasların səmərəli nəticələr verdiyini diqqətə çatdırmışdır. …ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə etmişdir.
(mayın 15-də) …MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə gəlmişdir. …Moskvada MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeryi-rəsmi iclasında iştirak etmişdir. …və Moldova Respublikasının Prezidenti Nikolaye Timovtin Moskvada görüşmüş, Azərbaycan ilə Moldova arasında enerji, sərmayələrin yatırılması və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd etmişlər. …və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Moskvada görüşmüş, ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından, eləcə də hökumətlərarası komissiyanın fəaliyyətindən məmnunluq ifadə etmişlər.
(mayın 16-da) …Rusiya Federasiyasına səfərini başa vuraraq həmin gün Bakıya qayıtmışdır. …Daxili İşlər Nazirliyinin Zuğulbada inşa edilmiş "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinin açılışı mərasimində iştirak etmişdir. …Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Mirvarid Dilbazinin 100 illik yubileyinin layiqincə keçirilməsi haqqında Sərəncam imzalamışdır.
(mayın 17-də) …Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyevin etimadnaməsini qəbul etmiş, xalqlarımız və iki ölkənin dövlət rəhbərləri arasında yaxşı münasibətlərin mövcud olmasının əlaqələrimizin inkişafındakı önəmini vurğulamışdır.
- Orta əməkhaqqı hesablanarkən hansı ödənişlər nəzərə alınır? Üzeyir CƏFƏROV, Bakı şəhəri.
- Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 126 nömrəli Qərarı ilə təsdiq edilmiş "Orta əməkhaqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin" Siyahısına əsasən, orta əməkhaqqı hesablanarkən aşağıdakı ödənclər nəzərə alınır:
/ 19-22 iyun -"İnfrastrukturun inkişafı üçün dövlət sərmayələrinin yerləşdirilməsində əsas məqsəd məşğulluğun təmin edilməsidir" mövzusunda keçirilmiş təlim seminarda Beynəlxalq Əmək Təşkilatının ekspertləri ilə yanaşı AHİK-in də mütəxəssisləri iştirak etmişlər.
Hörmətli qurultay iştirakçıları! Son on beş ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan, inkişaf etdirilən, bu gün də qorunub saxlanılan iqtisadi yüksəliş və sabitlik kursu həmkarlar ittifaqlarının cəmiyyətdəki rolunu əhəmiyyətli dərəcədə artırmışdır. Ölkə Prezidenti İlham Əliyevin Azərbaycan vətəndaşlarının sosial-maddi vəziyyətinin yaxşılaşdırılması sahəsində son illərdə qəbul etdiyi fərman və sərəncamlar isə həmkarlar ittifaqları strukturlarının fəaliyyət dairəsini daha da genişləndirmişdir. Həmkarlar ittifaqı sistemində xidmət göstərmək çətin, çətin olduğu qədər də məsuliyyətli və şərəfli bir işdir. Müəyyən mənada məhz bu sahədə çalışan insanların peşəkar əməyinə arxalanan Azərbaycan vətəndaşları öz gündəlik fəaliyyətlərində daha rahatlıqla qurub yaradır, mürəkkəb keçid dövrü yaşayan ölkənin ictimai, iqtisadi, sosial və mədəni tərəqqisinə töhfələr verirlər… Həmkarlar ittifaqları müstəqil Azərbaycan dövlətinə, onun qanunlarının aliliyinə, bu gün həyata keçirilən siyasi kursun alternativsizliyinə əhali arasında böyük inam və etibarın yaranmasında kifayət qədər müsbət rol oynayır. Hər bir Azərbaycan vətəndaşı, o cümlədən mədəniyyət və turizm sahəsində çalışan minlərlə insan bu gün həmkarlar ittifaqları sisteminin təqdim etdiyi imkanlardan həvəslə yararlanır. Hörmətli qurultay iştirakçıları! Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yarandığı nisbətən qısa müddət ərzində ölkə vətəndaşları arasında böyük nüfuz və hörmət qazanmışdır. İnanırıq ki, bu qurultayda müəyyən ediləcək hədəf və vəzifələr Konfederasiyanın cəmiyyətdəki nüfuzunun daha da yüksəlməsinə xidmət edəcəkdir. Həmkarlar ittifaqları bundan sonra da ölkəmizin sabit, etibarlı, firavan və daha işıqlı bir sabaha doğru irəliləyişində mühüm rol oynayacaqdır. Bir daha Sizi III qurultayın açılışı münasibətilə təbrik edir, işinizdə böyük uğurlar arzulayıram. Hörmət və ehtiramla,
Ə.Qarayev, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri.
Fevralın 1-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Geofizika və Geologiya İdarəsinin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin təşəbbüsü ilə Gənclər Günü qeyd olunmuşdur.
Dövlət büdcəsi xərclərinin proqnozlaşdırılmasında istifadə olunan ezamiyyə xərclərinin normalarını təkmilləşdirmək məqsədi ilə Nazirlər Kabineti yanvarın 25-də 14 nömrəli qərar qəbul etmişdir. Qərarda yazılır ki,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, Əmək Məcəlləsinə, Seçki Məcəlləsinə və Nazirlər Kabinetinin "2008-ci ildə Novruz, Ramazan, Qurban bayramları və bayram günləri ilə əlaqədar iş günləri hesab olunmayan istirahət günləri haqqında" 7 dekabr 2007-ci il tarixli, 198 nömrəli qərarına əsasən, 2008-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir:
Monitorinqlər nəticəsində 156 iaşə obyektinin fəaliyyəti dayandırılıb
Azərbaycanda xidmət sektoru sürətlə inkişaf edən sahələrdəndur. Xüsusilə son illərdə iaşə sektorunda canlanma hiss olunur. Lakin xidmətin səviyyəsi hər yerdə arzuolunan səviyyədə deyil. Bir çox hallarda restoran və kafelərdə vətəndaşlara verilən yeməklər keyfiyyətsiz ərzaqdan hazırlanır. Dəbdəbəli restoranların sayı günbəgün artır. Formaca Avropa standartlarına uyğunlaşdırılan həmin xidmət obyektlərində keyfiyyət çox aşağıdır. Avropa ölkələrinin əksəriyyətində təqdim edilən yeməyin tərkibi barədə müştəri məlumat imkanına malikdir. Bizdə isə hələlik bu mümkün deyil.
Uşaq evlərində böyüyənlərin cəmiyyətə inteqrasiyası problemə çevrilir
Uşaq evlərində valideyn himayəsindən məhrum olan uşaqların 18 yaşı tamam olduqdan sonra cəmiyyətə inteqrasiyası ilə bağlı bir sıra tədbirlər həyata keçirilsə də, bu sahədə hələ də boşluqlar qalmaqdadır. Belə ki, internatda olan gənc 18 yaşı tamam olduqdan sonra öz həyatını və gələcəyini yalnız təkbaşına tənzimləmək məcburiyyətində qalır.
Musa Quliyev: "Əmanətlərin qaytarılmamasında problem dövlətin vəsaitinin olmamasında deyil"
Əhalinin sovet dövründən banklarda qalan əmanətlərinin qaytarılması barədə bir neçə ildir müzakirələr aparılsa da, real nəticələr yoxdur. Bu ilin dövlət büdcəsində də əhalinin əmanətlərinin qaytarılması üçün vəsait nəzərdə tutulmayıb. Bununla bağlı Milli Məclisdə yaradılan komissiya əmanətlərin qaytarılması prinsipləri üzərində işləri davam etdirir. Neftin qiymətinin 100 dollardan artıq olacağına diqqət çəkən ekspertlər bu ilin yayında büdcəyə edilən dəyişikliklər zamanı əmanətlərin qaytarılması üçün vəsait ayrılmasını mümkün sayırlar. Qeyd edək ki, artıq Ukraynada da əhalinin sovet dövründə banklarda qalan əmanətlərinin qaytarılmasına başlanılıb. Həmin əmanətlərin bir hissəsi kommunal xidmətlərin ödənilməsi ilə silinir. Əmanətlərin qalan hissəsi isə indeksləşdirilərək əhaliyə qaytarılır.
Səhiyyə nazirinin əmrinə tabe olmayan tibb işçilərinə qarşı tədbirlər görüləcək
Fevralın 1-dən Səhiyyə Nazirliyinin strukturuna daxil olan və dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrində əhaliyə göstərilən pullu tibbi xidmət ləğv edilib. Bu məqsədlə Səhiyyə naziri Oqtay Şirəliyev bir müddət əvvəl əmr imzalayıb və bu əmrin icrası üçün nazirliyin bütün strukturlarına göstərişlər verilib.
Ötən həftə Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) Müşahidə Şurasının növbəti iclası keçirilib. AİŞ-dən verilən məlumata görə, iclasda "Qaradağ Sement" ASC-yə investisiya qoyuluşu barədə qərar qəbul edilib.
Nazirlər Kabineti 2009-cu il dövlət büdcəsi layihəsi və proqnoz göstəricilərinin dövlət başçısına vaxtında təqdim edilməsi məqsədi ilə sərəncam imzalayıb.
Dövlət Neft Şirkəti tərəfindən "Kulevi" terminalında inşa edilən limanın bu həftə açılışı olacaq. Bu barədə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev məlumat verib.
AHİK-in II qurultayından keçən beş il ərzində bu qədər həmkarlar ittifaqı kadrı və fəalı Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil olunmuş kurslarda təhsil almışdır
Bu barədə açıqlama verən Akademiyanın şöbə müdiri Raziyə Maniyeva dedi ki, görülmüş məqsədyönlü tədbirlər nəticəsində məşğələlərə cəlb edilən dinləyicilərin sayı ildən-ilə artmışdır. Əgər 2003-cü ildə on, beş, üç və iki (treninq) günlük kurslara 281 nəfər cəlb olunmuşdusa, 2007-ci ildə bu rəqəm 450-yə çatdırılmışdır. Azad və ictimai əsaslarla fəaliyyət göstərən komitə sədrlərinin sayı da ilbəil artaraq 80-dən 188 nəfərə yüksəlmişdir.
Söhbətə çəkdiyim Tükəz xalanın (ad şərtidir) acı xatirələri məni də kövrəltmişdi. - Nə deyim, ay oğul, ərimi cavan yaşlarımda itirdim. Min bir əziyyətə qatlaşıb iki qız, bir oğul böyüdüb ev-eşik sahibi etdim. Dedim, mən də bəxtəvər günə çıxaram. Deyir, sən saydığını say, gör fələk nə sayır. Ancaq nə biləydim ki, bu ahıl çağımda son pənah yerim qocalar evi olacaqmış...
Həmkarlar ittifaqlarının təməl prinsiplərindən biri eyni sahədə çalışan və eyni peşə sahibi olan insanların öz hüquq və mənafelərinin müdafiəsi üçün birləşərək təşkilat yaratmaqdır.
İlk növbədə bu əlamətdar gündə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, hörmətli cənab Səttar Mehbalıyev başda olmaqla, bütün həmkarlarımı təbrik edir və qurultaya işində uğurlar arzulayıram.
Könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə barədə məlumat verməyinizi xahiş edirəm.
Əlikram QURBANOV, Bakı şəhəri.
- Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə aşağıdakılar göstərilir: o müqavilə bağlayan tərəflər haqqında məlumatlar; o tərəflərin hüquq və vəzifələri; o görüləcək işlər və göstəriləcək xidmətlər; o müqavilənin müddəti; o tərəflərin məsuliyyəti; o müqaviləyə xitam verilməsi qaydası. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə qanunla nəzərdə tutulmuş digər şərtlər də nəzərdə tutula bilər. Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur. Müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir. Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda tərəflər müqaviləyə xitam verə bilərlər. Müqavilə üzrə tərəflər arasında yaranan mübahisələr qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilir.