Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Müsabiqənin qalibləri məlum oldu

13.01.12 - 17:5438 baxılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının gənclərə, onların peşə hazırlığına olan diqqətinin təzahürü kimi qiymətləndirilən daha bir layihə başa çatmışdır. "Bu mənim peşəmdir" şüarı altında həmkarlar ittifaqı üzvləri və onların övladları arasında keçirilmiş foto, təsviri və tətbiqi sənət üzrə müsabiqəyə yekun vurulmuşdur.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş müsabiqənin məqsədi peşələrin nüfuzunu yüksəltmək, gənclərdə əməyə hörmət və məhəbbət hissləri aşılamaq, onların yaradıcılıq qabiliyyətini üzə çıxarmaq, texniki yenilikləri tətbiq etmək olmuşdur.


Spartakiada başa çatdı

13.01.12 - 17:5327 baxılıb

Orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında ötən ilin oktyabr ayından start götürmüş X Respublika Spartakiadası ümumi komanda hesabında Bakı 2 saylı Baza Tibb Kollecinin idmançılarının qələbəsi ilə başa çatdı. Təhsil, Gənclər və İdman nazirliklərinin, Milli Olimpiya Komitəsinin və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi, "Gənclik" Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə təşkil olunmuş bu böyük idman tədbiri iştirakçılarının say tərkibinə görə diqqət çəkmişdir. Hər bir komanda, ayrı-ayrı idmançılar qələbə uğrunda əzmlə mübarizə apardılar.


AHİK-in veb-saytı yeni dizaynda yayımlanır

13.01.12 - 17:5285 baxılıb

Üç dildə yayımlanan versiyada başqa saytlara keçid yaradılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının saytı yeniləndi. Ahik.org-un yeni versiyası köhnə variantdan fərqli olaraq 3 dildə - Azərbaycan, rus, ingilis dillərində yayımlanacaq. Bununla yanaşı, sayt daha müasir dizaynı və tutumu ilə əvvəlki variantdan fərqlənir. Saytda ana səhifə, rəhbərlik, üzv təşkilatlar, tabeçilikdə olan təşkilatlar, beynəlxalq əlaqələr, mətbuat və ictimaiyyətlə əlaqələr, haqqımızda, qalereya kimi şöbələr yaradılıb.


Dün...

29.12.11 - 20:2820 baxılıb

Dünya azərbaycanlılarına


Əziz həmvətənlər!
Hörmətli soydaşlar!


Xalqımızın birlik və mütəşəkkilliyinin, milli təəssübkeşlik və Vətənə sədaqətinin rəmzi olan 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə sizi səmimi-qəlbdən salamlayıram.
Ümummilli liderimiz Heydər Əliyevin 20 il əvvəl irəli sürdüyü təşəbbüs nəticəsində təsis edilən bu əziz bayram dünyadakı bütün soydaşlarımızın qəlbini Vətən hərarəti ilə isidir və müstəqil Azərbaycan dövlətinə məhəbbət hissi aşılayır.
Həmvətənlərimizin milli birliyinə xüsusi əhəmiyyət verən Azərbaycan hökuməti diaspor quruculuğu işini daim diqqət mərkəzində saxlayır. Bu ilin yayında Bakıda Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi xarici ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanması və Vətənlə əlaqələrinin möhkəmləndirilməsi yolunda yeni mərhələnin başlanğıcını qoydu. Qurultayda diaspor qurumlarının fəaliyyəti qiymətləndirildi, soydaşlarımızın mütəşəkkilliyinin və təşkilati çevikliyinin artırılmasına təkan verən mühüm qərarlar qəbul olundu.
Vətənimizin hüdudlarından kənarda yaşayan soydaşlarımız arasında azərbaycançılıq ideyalarının və milli təəssübkeşlik duyğularının gündən-günə güclənməsi olduqca fərəhləndirici haldır. İndi xaricdəki həmvətənlərimiz məskunlaşdıqları ölkələrin ictimai-siyasi, mədəni və işgüzar həyatında getdikcə öz mövqelərini genişləndirir, Azərbaycanın dünyada tanıdılmasına, mədəniyyətimizin təbliğinə sanballı töhfələr verirlər. Bu ilin yazında keçirilmiş nüfuzlu beynəlxalq mədəniyyət yarışmasında - "Eurovision - 2011" mahnı müsabiqəsində təmsilçilərimizin qazandığı qələbədə Avropa ölkələrində yaşayan soydaşlarımızın da payı olmuşdur. Ümidvaram ki, diaspor təşkilatlarımız bundan sonra da əldə edilən nailiyyətlərlə kifayətlənməyəcək, Diasporla İş üzrə Dövlət Komitəsi və xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizlə əməkdaşlığı gücləndirəcək, yeni çağırışlara daha mütəşəkkil və təsirli cavab verəcəklər.

Əziz həmvətənlər!

Biz bu il dövlət müstəqilliyimizin 20 illiyini geniş qeyd etdik. Azərbaycanın 20 il ərzində nail olduğu uğurlar vətəndaşlarımızın əməksevərliyini, yüksək intellektual qabiliyyətini və qurub-yaratmaq əzmini bütün dünyaya əyani şəkildə nümayiş etdirir. Müstəqilliyin ilk illərində ölkəni bürümüş böhranlı vəziyyət, xalqımızın düçar olduğu çətinlik və məhrumiyyətlər indi arxada qalmış, yoxsulluq və işsizliyin səviyyəsi minimuma enmişdir. Düşünülmüş və planlı şəkildə aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanı dinamik inkişaf edən güclü və demokratik bir dövlətə çevirmiş, nüfuzlu və etibarlı tərəfdaş kimi dünyada tanıtmışdır. Bu il Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına keçirilən seçkilərdə qələbə qazanmış Azərbaycanı 155 dövlətin dəstəkləməsi dünya birliyinin ölkəmizə olan hörmət və inamının parlaq təzahürüdür.
Müasir dövrdə dünyada gedən proseslərin axarı sürətlə dəyişir. Qlobal, regional və lokal səviyyələrdə meydana çıxan problemlər, təhlükəli meyillər ağır iqtisadi böhranlara və sosial təlatümlərə yol açır, beynəlxalq əlaqələrə güclü təsir göstərir. Belə şəraitdə qazandığımız nailiyyətlərin möhkəmləndirilməsi və ölkəmizin davamlı inkişafının təmin olunması mühüm əhəmiyyət kəsb edir. Bu yaxınlarda imzalanmış "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması haqqında Prezident Sərəncamı məhz həmin sahədə perspektiv vəzifələrin və onların həlli yollarının aydın müəyyən olunmasına yönəlib.
Azərbaycan dövlətinin gücü, xalqımızın yaradıcı potensialı müəyyənləşdirdiyimiz yeni məqsədlərə çatacağımıza əminlik yaradır. Lakin hələ də qarşımızda həllini tapmayan vəzifə - Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin pozulmuş ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin öz doğma ocağına dönməsinin təmin edilməsi dayanır. Şübhə etmirəm ki, biz tezliklə bu çətin problemin də öhdəsindən gələcək, dünyanın gözü qarşısında törədilən işğala və haqsızlığa son qoyacağıq.
Əziz bacı və qardaşlar!
Qələbəyə, ədalətin təntənəsinə gedən yolu qısaltmağın vacib şərtlərindən biri də bizim birliyimiz və həmrəyliyimizdir. Ona görə də bütün azərbaycanlıları daha sıx birliyə, dünyada yaşayan soydaşlarımızın milli və vətəndaş haqlarının müdafiəsi, müstəqil dövlətimizin mənafelərinin ardıcıl qorunması və beynəlxalq nüfuzunun artırılması işinə bundan sonra da öz töhfələrini verməyə çağırıram.
Bu sevimli bayram münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə cansağlığı və səadət, işlərinizdə uğurlar arzulayıram!

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 dekabr 2011-ci il.


Qaliblər mükafatlandırıldı

29.12.11 - 20:2537 baxılıb

TİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyevin iştirakı ilə ali məktəb tələbələri arasında təşkil olunmuş futzal yarışının və "Nə? Harada? Nə zaman?" intellektual oyununun qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə açan Səttar Mehbalıyev dedi: Dövlət gənclər siyasəti gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyətin bütün sahələrində fəal iştirakı ilə bağlı geniş spektri əhatə edir.


Əlamətdar gün qeyd olundu

29.12.11 - 20:2330 baxılıb


AHİK-in IV Məclisi keçirildi

29.12.11 - 20:2157 baxılıb

Dekabrın 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV Məclisi keçirildi.

Tədbiri açan AHİK sədri, millət vəkili Səttar Mehbalıyev əvvəlcə ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışdı. Bildirdi ki, AHİK ölkədə uğurla həyata keçirilən gənclər siyasətinə özünün töhfələrini verir. Bu məqsədlə müxtəlif ali məktəblərdə ödənişli əsaslarla təhsil alan 38 tələbənin illik təhsil haqqının 30 faizinin AHİK tərəfindən ödənilməsi barədə qərar qəbul edilib. Səttar Mehbalıyev tədbirdə iştirak edən həmin tələbələrə bununla bağlı müvafiq sənədləri təqdim etdi.


Əhalinin sosial vəziyyəti daha da yaxşılaşdırılır

29.12.11 - 20:1651 baxılıb


İşə yaradıcı münasibət...

29.12.11 - 20:1042 baxılıb


Mühüm kampaniya qarşısında

29.12.11 - 20:1029 baxılıb


Əsas diqqət...

29.12.11 - 20:1018 baxılıb


Layiqli əməyin təminatında sosial dialoqun inkişafı

29.12.11 - 20:0821 baxılıb


Görülən işlər və qarşıda duran vəzifələr

29.12.11 - 20:0726 baxılıb


Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün 20 illiyi tamam oldu

29.12.11 - 20:0579 baxılıb

Bu bayram dünyanın 70-dən artıq ölkəsində azərbaycanlıları bir araya gətirir

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Manisa Azərbaycan Kültür və Dayanışma Dərnəyinin prezidenti "Ülfət" qəzetinə açıqlamasında bildirdi ki, həmrəylik günü münasibətilə Qarsda, Ankarada, İstanbulda, Manisada tədbirlər keçiriləcək. Bu tədbirlərdə xilaskar Heydər Əliyevin müstəqillik yolunda atdığı addımlar və ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırıma həsr edilən tamaşalar nümayiş etdiriləcək.


Yeni ildə yaxınlarımıza nə hədiyyə edək?

29.12.11 - 20:0363 baxılıb

Qərb ölkələrində hələ də açıqcalardan istifadə edirlər

Bir neçə illər öncə yeni il ərəfəsində vətəndaşlarımız yaxınlarına yeni il açıqcası göndərməklə onları təbrik edirdilər. Bir çox Qərb ölkəsində bu təbrik üsulu hələ də dəbdədir. Qərblilər Yeni İlqabağı poçt xidmətlərindən adi günlərdə olduğundan iki dəfə çox istifadə edirlər. Xaricdə yaşayan dostları, qohumları, yaxınları və tanışlarını təbrik etmək üçün açıqcalar, bağlamalar göndərirlər. Eyni zamanda internet mağazalar və kataloqlardan alış-veriş də poçt vasitəsilə həyata keçirilir.


Köhnə əşyaları çölə ataq, 12 üzüm yeyək, yoxsa pis ruhları qovaq..?

29.12.11 - 17:5649 baxılıb

Yeni ilin gəlişinə artıq sayılası saatlar qalıb.

Bu bayram dünyanın bütün ölkələrində qeyd edilsə də, hər bir xalqın özünəməxsus adət-ənənəsi var. Bu maraqlı və qeyri-adi adət-ənənələrdən bəzilərini təqdim edirik.


SERBİYA . Minlərlə polis kütləvi nümayiş keçirib

29.12.11 - 17:4740 baxılıb


FRANSA . Tətil "qalib gəlib"

29.12.11 - 17:4734 baxılıb

Paris hava limanı rəhbərliyi təhlükəsizlik əməkdaşlarının maaşlarını qaldırmağa razılaşıb

Fransanın TF1 telekanalı hava limanlarında tətilə çıxmış təhlükəsizlik xidməti əməkdaşlarının rəhbərliklə razılığa gəldiklərini xəbər verir.
Verilən məlumata əsasən, şirkət rəhbərləri etirazçıların əksər tələblərinin yerinə yetiriləcəyinə dair öhdəlik götürüb və həmkarlar ittifaqı ilə müvafiq saziş imzalanıb. Saziş bağlandıqdan sonra həmkarlar ittifaqı tətil etmiş şirkət əməkdaşlarını iş yerlərinə qayıtmağa çağırıb.


PORTUQALİYA . Dəmiryol nəqliyyatı dayanıb

29.12.11 - 17:4645 baxılıb


Eşitdi...

29.12.11 - 17:4250 baxılıb

Eşitdiyimə görə, güzəştli şərtlərlə mənzil növbəsinə götürülən xəstəliklərin siyahısı keçmiş SSRİ Səhiyyə Nazirliyinin 1983-cü il, 330 saylı əmri ilə tənzimlənirdi. Həmin əmrdə göstərilən xəstəliklərin siyahısı hazırda Azərbaycan Respublikasında qüvvədədirmi?

Nazim BEHRUD,
Bakı şəhəri.


- Hazırda Azərbaycan Respublikasında yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 2010-cu ildən qüvvəyə minən Mənzil Məcəlləsi ilə tənzimlənir. Bu Məcəllənin 50.1.4-cü maddəsinə əsasən, bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa) sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan vətəndaşlar hesab edilirlər. Mənzil Məcəlləsinin 56.2.3-cü maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran və xroniki xəstə olan vətəndaşlara sosial kirayə müqavilələri əsasında yaşayış sahələri verilə bilər.


< 1 2 3 4 5 6 ... 168 169 170 171 172 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.