Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
"Zenit" İdman Cəmiyyəti Respublika Şurasının dekabrın 16-17-də sərbəst güləş üzrə gənclər arasında açıq birinciliyi keçirilmişdir.
Birincilikdə cəmiyyətin Bakı, Sumqayıt, Gəncə şəhər şuralarının, eləcə də "Titanik" İdman Klubunun 60 nəfər pəhləvanı 8 çəki dərəcəsində gücünü sınamışdır.
Məlum olduğu kimi, Prezident İlham Əliyev Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması haqqında Fərman imzalayıb.
Sənədə əsasən, fondun gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etmək məqsədi ilə bir sıra layihələrin həyata keçirilməsində fəal iştirakı nəzərdə tutulur. Dövlət başçısı Gənclər və İdman Nazirliyinə və digər müvafiq strukturlara gənclərin sosial həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsini tapşırıb.
Ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə hansı qaydada verilir?
Aytən MƏMMƏDOVA, Bakı şəhəri.
- "Notariat haqqında" qanunun 61 və 62-ci maddələrinə əsasən: ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə onların birgə ərizəsi əsasında notarius tərəfindən verilir. Notarius ər-arvadın birgə yazılı ərizəsi əsasında onların birinə və ya hər ikisinə birgə nikah dövründə əldə edilmiş ümumi əmlakdakı paya görə mülkiyyət hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə ər-arvadın hər birinə həm nikahda olarkən, həm də nikah pozulduqdan sonra verilə bilər . Yaşayış mənzilinə, bağa, bağ evinə, qaraja, torpaq sahəsinə və digər daşınmaz əmlaka mülkiyyət hüququ haqqında şəhadətnaməni yalnız əmlakın olduğu yerin notariusu verə bilər. Ər-arvaddan biri öldükdə ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnaməni sağ qalmış ərin (arvadın) ərizəsinə əsasən yalnız mirasın açıldığı yerin notariusu verməli və bu barədə miras qoyanın mirası qəbul etmiş vərəsələrinə məlumat göndərməlidir. Şəhadətnamə ümumi əmlakın yarısına verilə bilər. Mülkiyyət hüququ haqqında şəhadətnamədə mirası qəbul etmiş vərəsələri yazılı ərizəsinə əsasən sağ qalmış ərin (arvadın) razılığı ilə ölmüş ərin (arvadın) ümumi əmlakdan payı da müəyyən edilə bilər.
Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı gəlir. Hər dəfə də builki bayramı həmişəkindən daha fərqli, qeyri-adi keçirmək haqqında düşünürük. Ən çox nəzərə çarpan fərqlərdən biri isə Yeni ili xarici ölkələrdə qeyd etməkdir. Əslində bu heç də yeni adət deyil. Ancaq öncəki illərlə müqayisədə bu il bayramı xaricdə qeyd etmək istəyənlər daha çoxdur. Kifayət qədər pulu olanlar əsasən Türkiyə, Gürcüstan və Rusiyaya üz tuturlar. Ancaq aralarında Finlandiya, Yaponiya, ABŞ, İtaliya, Fransa və bəzi Şərq ölkələrini seçənlər də az deyil. Maraqlıdır, görəsən, Yeni ili Azərbaycanda qeyd etmək istəyən əcnəbilər varmı?
Zahid Oruc: "Dövlət özünün kadr bankını tam sağlam insanlardan ibarət formalaşdırmaqda maraqlıdır"
Gənclərin həqiqi hərbi xidmətə aparılması məsələsində səhhətində müəyyən qədər problem olanlarla bağlı məsələ daim müzakirə olunur. Sonradan ordu sıralarında bu problem səbəbindən əsgərin ölüm halı qeydə alındıqda isə, ilk öncə, onun həqiqi hərbi xidmətə müalicə olunmadan aparıldığı vurğulanırdı. Artıq bu məsələ ilə bağlı konkret addımlar atılacaq. "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanun layihəsində bu məsələlərin həlli ilə bağlı konkret məqamlar yer alıb.
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüsü ilə həyata keçirilən "Həyati əhəmiyyətli qərarlar" layihəsinin formal olaraq sonuncu konfransı Ukraynanın Kiyev şəhərində baş tutdu.
Xatırladaq ki, 2009-cu ildən icrasına başlanan layihədə Cənubi Amerikadan, Afrikadan, Avropa və Orta Asiyadan 14 ölkə iştirak edirdi. Layihənin əsas məqsədi 25-35 yaşadək olan gənc xanımları həmkarlar ittifaqına cəlb etmək, iş yerlərində, ailədə və cəmiyyətdə qarşılaşdıqları problemləri araşdırıb onlara kömək etmək idi. Qeyd edək ki, layihənin gedişində yaş çərçivəsi dəyişildi. Yəni seminarlara nisbətən kiçik-15 yaşlı qızlar da cəlb olundu.
Yeni il bayramı ilə əlaqədar Bakı şəhərinin müxtəlif yerlərində yarmarkalar təşkil olunacaq.
İqtisadi İnkişaf Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları ərzaq məhsullarının istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla birgə əhalinin artan tələbatının daha dolğun ödənilməsinə, eləcə də istehlakçıların seçim imkanlarına şərait yaratmağa, süni qiymət artımının qarşısını almağa çalışacaqlar.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.