Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Dünən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin iclası keçirilmişdir.
İclasın gündəliyində IV Məclisin çağırılması və "Əməkçilərin mənzil hüquqlarının qorunması, ölkədə evsizliyin qarşısının alınması işində Azərbaycan həmkarlar ittifaqlarının iştirakı barədə" qərarın yerinə yetirilməsi haqqında məlumat" məsələləri dururdu. Lakin son günlər baş verən hadisələr gündəlikdə dəyişikliyə səbəb oldu. Tədbiri açan AHİK sədri, millət vəkili Səttar Mehbalıyev sözünə birbaşa Fransa parlamentinin aşağı palatasının erməni “soyqırımı”nı inkara görə cinayət məsuliyyətini nəzərdə tutan qərarına etirazla başladı. Bu ən azı fransız xalqının söz, fikir, sərbəst düşünmək azadlığına zərbədir dedi. Fransız xalqını bir qrup siyasət adamı özlərinin şəxsi karyerasının, iddialarının əsirinə çevirdi.
Biz, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Sizi 50 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, xoşbəxtlik, cansağlığı, səadət və ölkəmizin rifahı naminə apardığınız çətin və şərəfli işinizdə uğurlar arzulayırıq.
Cənab Prezident!
Respublikamıza rəhbərlik etdiyiniz müddətdə Azərbaycan özünün ən yüksək inkişaf mərhələsinə çatmışdır. Sizin rəhbərliyiniz altında ardıcıl və sistemli şəkildə həyata keçirilən çoxşaxəli islahatlar, cəmiyyətin bütün sahələrində kardinal dəyişikliklərə səbəb olmaqla, hər bir ölkə vətəndaşının taleyində müstəsna rol oynamış, ictimai şüurun daha da demokratikləşməsinə gətirib çıxarmışdır.
Hadı Rəcəbli: "Valideynlər ailə quran gənclərə qarşı diqqətli olmalı, onların mübahisələrini həll etməyə çalışmalıdırlar"
Respublikamızda son illər boşanmaların sayı artmaqdadır. Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli hesab edir ki, boşanmaların səbəblərindən biri ailədəki emosional gərginlik, söz-söhbət, dedi-qodudur: "Əvvəllər ailə yalnız xəyanətə görə dağılardı. Hətta qadın sonsuz olsa belə, kişi arvadını boşamadan, yaxınlarından birinin uşağını övladlığa götürməklə problemi həll edirdi. Bəzən gəlin-qayınana, gəlin-baldız, gəlin-elti arasındakı söz-söhbətlər boşanmaya gətirib çıxarır. Ona görə də ətraf, qohum-əqraba ailənin işinə qarışmağa meyil etməkdən çəkinməlidir.
Uzun sürən qalmaqallardan sonra, nəhayət ki, Mogilyov vilayətində fəaliyyət göstərən tikinti kombinatının işçiləri istəklərinə nail olublar.
Sözügedən müəssisədə iş şəraiti bərbad vəziyyətdə olduğundan işçilər dəfələrlə rəhbərliyə öz etirazlarını bildirmişdilər. Lakin bir nəticə əldə olunmamışdı. Tətil keçirmək qərarı kombinat rəhbərliyini hərəkətə gətirib. Artıq kombinatın kommunal xidmət otaqlarının isti, soyuq su ilə tam təminatı bərpa olunub, işçilərə xüsusi iş geyimi paylanılıb, yeməkxanada isə təmir işlərinə başlanıb.
İqtisadi Tədqiqatlar Mərkəzi hökumətə yeni ssenarilər təklif edir
Əhalinin sovet dövründən qalmış əmanətlərinin qaytarılması üçün Milli Məclisdə yaradılmış işçi qrup fəaliyyətini artırıb və bir sıra yeni təklifləri nəzərdən keçirir. Parlamentin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədovun fikrincə, səmərəli təkliflər daxil olsa komitə onların bir çoxunu nəzərə ala bilər. Artıq müxtəlif iqtisadi qurumların da nümayəndələri, hökumət əmanətlərin qaytarılması mexanizmlərinin yollarına dair təkliflər hazırlayıb. İqtisadi Tədqiqatlar Mərkəzinin əmanətlərin qaytarılması ilə bağlı təklifləri bir sıra yeniliklərlə diqqəti cəlb edir.
Hökumət gələn ildən başlayaraq özəl pensiya fondlarının yaradılması ilə bağlı təşkilati-hüquqi işlərə başlamaq niyyətindədir. Bu məqsədlə "2012-2013-cü illərdə qeyri-dövlət pensiya fondlarının yaradılması və fəaliyyətinin tənzimlənməsi" üzrə normativ-hüquqi bazanın yaradılması planlaşdırılır. Bundan əlavə, dövlət orqanları ilə birgə belə fondların sərəncamında olan vəsaitlərin yerləşdirilməsinə nəzarət mexanizmini hazırlamaq nəzərdə tutulur. İlkin mərhələdə pensiya fondlarının maliyyə əsasları formalaşdırılacaq, sonrakı mərhələdə isə qeyri-dövlət pensiyasının təyinatı, maliyyələşdirilməsi və ödənilməsi mexanizmləri qüvvəyə minəcək.
Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqəsi nə vaxt verilməlidir?
Simuzər BƏDƏLOVA, Astara şəhəri.
- "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanunun 4-cü maddəsinə əsasən: şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin ərizəsi, doğum haqqında şəhadətnaməsi, 16 yaşına çatmış vətəndaşın fotoşəkli, dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən sənəd əsasında ,yaşadığı yerin müvafiq dövlət orqanları tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin müraciətindən ən geci 10 gün keçənədək verilir. 25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişdikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş bu maddənin birinci hissəsində nəzərdə tutulmuş qaydada şəxsiyyət vəsiqəsini dəyişdirməlidir.
"Sürüşmə zonasında ev tikərkən müəyyən təhlükəsizlik tədbirlərinə əməl edilməlidir"
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyası Bakı şəhərinin sürüşməyə meyilli ərazilərinin adını açıqlayıb. Kütləvi informasiya vasitələrinə verilən məlumata görə, həmin ərazilər Əhmədli, Qaraçuxur, Zığ, Günəşli-Əhmədli arası sahə, Nərimanov heykəlinin ətrafındakı park sahəsi və Bayıldır.
Metronun "Əzizbəyov" stansiyası yeni ilə qədər istifadəyə veriləcək.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarverdiyevadan aldığımız məlumata əsasən, təmir-yenidənqurma işlərinin yeni ilə kimi yekunlaşdırılması məqsədi ilə işçilər gücləndirilmiş rejimdə çalışırlar: "Əvvəlki giriş-çıxış meydançasının binasının vestibülü avtomobil yolundan bir qədər uzaqlaşdırılıb. Giriş-çıxışın üzəri xüsusi metal konstruksiya ilə ucaldılacaq. Zirvəsi 18 metr hündürlükdə olan konstruksiyanın skeletinin metal hissəsi tamamilə yığılıb. Bir neçə günədək istiqamətləndiricilərin, şüşə örtüyün, arakəsmələrin quraşdırılması işləri də başa çatacaq. Artıq mərmər örtüyün qoyulması və izolyasiya işləri də yekunlaşdırılmaq üzrədir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.