Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Hesabat -seçkilər: yekunlar, vəzifələr

SOCAR “Neftqaztikinti” Tresti Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib

01.05.2024 00:19
1
A+
A-

Aprelin 25-də SOCAR “Neftqaztikinti” Tresti Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib. Konfransda seçilmiş 195 nümayəndədən 165 nəfəri iştirak edib.

Tədbir başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Fətulla Mustafayev tədbiri açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib. O, təmsil etdiyi təşkilatın trestin həmkarlar ittifaqı ilə əlaqələrindən danışıb. Bildirib ki, hesabat-seçkilərə hazırlıq prosesində Respublika Komitəsi trestin Həmkarlar İttifaqı Komitəsinə təşkilati məsələlərdə əyani köməklik göstərmiş, təlimatlar, digər maarifləndirici vəsaitlərlə təmin etmişdir. Fətulla müəllim bildirdi ki, ittifaq üzvlərinin rəyi, istəyi əsasında formalaşdırılacaq yeni HİK-lə də işimizi qarşılıqlı əməkdaşlıq əsasında quracaq, trest işçilərinin əmək, sosial hüquqlarının qorunmasında səlahiyyətlərimiz daxilində yardımımızı əsirgəməyəcəyik.

Sonra “Neftqaztikinti” Trestinin Həmkarlar İttifaqı Komitəsinin hesabatı dinlənildi. Məruzə ətrafında çıxışlar oldu. Çıxışlarda HİK-in hesabat dövründəki fəaliyyəti ümumən bəyənilsə də, müəyyən iradlar bildirildi və təkliflər irəli sürüldü.

Daha sonra təşkilati məsələyə baxıldı. 25 nəfər yeni komitə üzvü, 3 nəfərdən ibarət Nəzarət-Təftiş Komissiyasının üzvü seçildi.

Konfransda açıq səsvermə keçirildi, Əli Qurbanovun namizədliyi trestin Həmkarlar İttifaqı Komitəsinin yeni sədri vəzifəsinə təklif olundu və dəstəkləndi.

Konfransda digər məsələlər də müzakirə olundu, sahə HİRK-in VI Qurultayına nümayəndələr seçildi.

Bununla da konfrans öz işini başa çatdırdı.

Tədbirdə “Neftqaztikinti” Trestinin müdiri Qağaməli Seyfullayev də iştirak edirdi.

ETİKETLƏR:

Foto