Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

fevralın 1-də

…Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti zati-aliləri cənab Mahinda Racapaksaya ölkənin Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik ünvanlamış, dost Şri-Lanka xalqının rifahı naminə fəaliyyətində uğurlar diləmişdir.

fevralın 4-də

…Almaniya Federativ Respublikasının kansleri Angela Merkelin dəvəti ilə Almaniyaya işgüzar səfərə gəlmişdir.
…və kansler xanım Angela Merkel Berlində, Almaniya Federativ Respublikası kanslerinin iqamətgahında mətbuat üçün bəyanatlarla çıxış etmişlər.
…və kansler xanım Angela Merkel Berlində, Almaniya Federativ Respublikası kanslerinin iqamətgahında nahar etmişlər.
…46-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Berlindən Münxen şəhərinə gəlmişdir.

Tədbir sərgidən başladı

06.02.10 - 20:424 baxılıb

"Həyati əhəmiyyətli qərarlar" layihəsi çərçivəsində seminarlar silsiləsi davam etməkdədir. Rabitəçilər üçün nəzərdə tutulmuş növbəti seminar ənənədən kənar formada başladı.

"Aztelekom" İB-dən, "Azərpoçt" MMC-dən, "Bakı Telefon və Rabitəçi" YYB-dən, "Azərmətbuatyayım", "Teleradio" İB-lərdən, "Azərfon" MMC-dən və "Azyevrotel" BM-dən dəvət edilmiş 24 xanım iştirakçı əvvəlcə gənc rəssamların sərgisində oldular. Sərgiyə tamaşa etdikdən sonra tədbir başlandı. Seminarda iştirakçılara layihənin məqsədi, ilkin nəticələri və respublikamızda gender bərabərliyinə dair mövcud qanunlar, digər hüquqi sənədlər barədə geniş məlumat verildi. Görüşün əsas hissəsi sual-cavaba həsr edildi. Məlum oldu ki, gənc xanımları ən çox narahat edən əmək, hamiləliyə, doğuşa görə məzuniyyətlərdir. Çünki mütəxəssislərə verilən sualların əksəriyyəti bu mövzularda olurdu.

 
Sendika
Gənclər Günü qeyd olundu

06.02.10 - 20:445 baxılıb

Müslüm Maqamayev adına Azərbaycan Dövlət Filormoniyasında 2 Fevral Gənclər Günü münasibətilə musiqi və incəsənət məktəblərinin fərqlənən gənc müəlliminin konsert proqramı olmuşdur.

Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) birgə keçirdikləri tədbir böyük tamaşaçı auditoriyası toplamışdı. Tədbirdə RK sədri Cəmilə Səttarova və BŞMTİ-nin rəisi Əlikram Əliyev giriş sözü söylədilər. Dedilər ki, dövlətimiz müstəqillik əldə edəndən sonra gənclərimizin intellektual, mənəvi inkişafına böyük qayğı göstərir.




Sosial
Əhali artımı aşağı düşür

06.02.10 - 20:514 baxılıb

BMT-nin Əhali Fondu Cənubi Qafqazda gənc kişilər arasında xroniki prostatitin kəskin artdığını bildirir

Dünyada yeni qlobal problem özünü göstərməkdədir. Bir çox ölkələr artıq demoqrafik böhranla üzləşib. Dünya əhalisinin sayının kəskin şəkildə azalması tendensiyası dərinləşib. Avropa ölkələrində demoqrafik situasiya daha ciddi xarakter alıb. Bu ölkələrin əksəriyyətində doğumun səviyyəsi son illərdə xeyli azalıb və insan ölümü doğumu 2 dəfə üstələyib.




İqtisadiyyat
Ötən il mənzil tikintisinin həcmi 20 faiz azalıb

06.02.10 - 20:524 baxılıb

50-dən çox tikinti şirkəti 2009-cu ildə bina inşa etməkdən imtina edib

Son iki ayda tikinti materiallarının qiymətlərində 5 faizə yaxın ucuzlaşma baş verib. Ən çox istifadə olunan tikinti mallarından qum, sement, çınqıl, mişar daşı, kərpic, taxta, armatur, künyə, dəmir təbəqə, dikt, sink təbəqə, dam örtüyü, şüşə ucuzlaşmaya məruz qalıb. Araşdırmalar göstərir ki, qiymət ucuzlaşmasına səbəb tikinti materiallarına olan tələbin azalması olub. Dekabrın ortalarından başlayaraq tikinti sektorunda sifarişlərin miqyası azalıb, torpaq sahələrində yeni evlərin inşası, eyni zamanda tikinti şirkətlərinin işlərinin həcmi xeyli aşağı düşüb.




Gerçəklik
HİV-lə bağlı yeni qanun hazırlanacaq

06.02.10 - 20:506 baxılıb

Musa Quliyev: “Qanunvericilikdə həkimlərin məsuliyyəti ciddi şəkildə öz əksini tapmalıdır”

"İmmunçatışmazlığı virusunun törətdiyi xəstəliklə (HİV infeksiyası ilə) mübarizə haqqında" qanun layihəsi parlamentin yaz sessiyasında ikinci və üçüncü oxunuşlarda müzakirəyə çıxarılacaq. Yeni qanun layihəsinin HİV-ə yoluxmuş xəstələrin müalicəsində və profilaktikasında xüsusi rol oynayacağı gözlənilir. Qanun layihəsinin hazırlanması üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, 21-ci əsrin əvvəllərində bu xəstəliyə və xəstəliyin daşıyıcılarına münasibət dəyişib. Dünyada "antiretrovirus" preparatları deyilən dərmanlar kəşf olunub.




Cəmiyyət
Ötən il 700-ə qədər müəssisə özəlləşdirilib

06.02.10 - 20:484 baxılıb

Buna 80,5 milyon manat investisiya qoyulub

Əmlak Məsələləri Dövlət Komitəsində 2009-cu ilin yekunlarına dair kollegiya iclası keçirilib. Komitə sədri Kərəm Həsənov ötən il ümumilikdə respublika üzrə 700-ə qədər kiçik dövlət müəssisə və obyektinin, 450-yə kimi obyektin yerləşdiyi torpaq sahəsinin özəlləşdirildiyi barədə məlumat verdi: "Dövlət müəssisələri investisiya müsabiqələri yolu ilə özəlləşdirilib. Müsabiqə qalibləri tərəfindən müəssisələrə 80,5 milyon manat məbləğində investisiya qoyulub. Ümumilikdə isə, göstərilən vaxt ərzində özəlləşdirilmiş 80 dövlət müəssisəsinə 480,5 milyon manat həcmində investisiya yatırılıb. Dövlət büdcəsinə isə 32,5 milyon manat vəsait köçürülüb.




Son səhifə
Vəkillərə ödənilən vəsaitin artırılması keyfiyyətli müdafiəyə təsir edəcək?

06.02.10 - 20:574 baxılıb

Azər Rəsulov: “Keyfiyyətli müdafiə üçün vəkillərə ödənilən məbləğ nəzərəçarpacaq dərəcədə artırılmalı idi”
Fərhad Nəcəfov: "Məbləğin artırılması dövlət hesabına işə çıxan vəkillərin işinə müsbət təsir edəcək"


Azərbaycanda vəkillik sahəsində rast gəlinən əsas problemlərdən biri kimi dövlət hesabına işə çıxan vəkillərə ödənilən vəsaitin azlığı ilə bağlı idi. Belə ki, artıq neçə illərdir dövlət hesabına hüquqi yardım göstərilməsinin bir saatına görə vəkilə təxminən 99 qəpik qonorar verilirdi. Bu günlərdə isə Nazirlər Kabineti "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərarına dəyişikliklərlə bağlı qərar qəbul edib. Yanvarın 1-dən qüvvəyə minən qərara əsasən, vəkillərə müdafiə üçün saat hesabına ödənilən məbləğ 90 qəpikdən 2 manatadək artırılıb.




Beynəlxalq
Əməkhaqqının az olması narazılığa səbəb olacaq

06.02.10 - 20:564 baxılıb

Britaniyanın "Hevvlett-Paskard" və Hindistanın "Nokia" şirkətlərinin işçiləri etiraz aksiyası keçirməyi planlaşdırırlar. Hər iki şirkətin işçilərinin tətil keçirmə səbəbi əməkhaqqının azalması və kütləvi ixtisarların aparılmasıdır.

"Hevvlett-Paskard"ın işçiləri həmkarlar ittifaqının şirkət rəhbərliyi ilə apardığı danışıqların uğursuz nəticəsindən narazı olduqlarını bildiriblər. Həmkarlar ittifaqının nümayəndələri onu da bildiriblər ki, ötən il işçiləri nəzərdən tutulandan artıq işləmişlər və nəticədə şirkətin illik gəliri 30, 8 milyard dollaradək artmışdır. Bunun müqabilində isə şirkət rəhbərliyi onların əməkhaqlarını azaltmış və ixtisarlar aparmışlar.
Aksiyada təxminən 100 nəfərin iştirak etdiyi gözlənilir. Tətilə "Hevvlett-Paskard"ın ABŞ və İngiltərədə fəaliyyət göstərən filiallarının qatılacağı da istisna edilmir.




Idman
Futzalçılarımız 1/4 finalda!

25.01.10 - 13:0210 baxılıb

Futzal üzrə Azərbaycan yığma komandası Avropa çempionatının 1/4 finalına vəsiqə qazanıb. Komandamız Macarıstanda keçirilən yarışda ikinci görüşü Çexiya ilə keçirib və qələbə ilə başa vurub - 6:1. Futzalçılarımız bundan əvvəl Macarıstanı yenib - 3:1.
A qrupunun lideri kimi 1/4 finala çıxan millimizin 25 yanvarda qarşılaşacağı komanda hələ məlum deyil.




Axtarish sistemi

  


« February 2010
Mo Tu We Th Fr Sa Su
1234567
891011121314
15161718192021
22232425262728
Advokat

- Torpaq sahəsi üzərində hüquqların yaranması üçün hansı əsasların olması vacibdir?

Firus HƏSƏNOV,
Lerik rayonu.


- Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları:
o Müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr.
o Hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər.
o Məhkəmənin torpaq sahəsi üzərində hüququnun müəyyən edilməsinə dair qərarı və ya hökmü.
o Vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.


© 2006-2010
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.