Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Hesabat -seçkilər: yekunlar, vəzifələr

Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının...

01.05.2024 00:21
3
A+
A-

Aprelin 23-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Həmkarlar  Təşkilatının  hesabat-seçki yığıncağı keçirilib.

Həmkarlar Təşkilatının sədri, filologiya üzrə fəlsəfə doktoru Samirə Əliyeva hesabat dövründə görülən işlər haqqında geniş və ətraflı  məlumat verdi. Hesabat qənaətbəxş hesab edildi.

Sonra təşkilati məsələyə baxıldı. Həmkarlar Təşkilatının sədri və komitə üzvləri seçildilər. Yenidən Həmkarlar Təşkilatına sədr vəzifəsinə Samirə Əliyevanın namizədliyi təklif olundu və dəstəkləndi.

Yığıncaqda iştirak edən Azad Həmkarlar İttifaqının sədr müavini Şəhla Əmirova akademiyanın həmkarlar ittifaqı sistemində aparılan islahatlar, qarşıda duran vəzifələr və görüləcək işlər haqqında danışdı, verilən sualları cavablandırdı.

Direktor müavini,  filologiya elmləri doktoru, dosent Əzizağa Nəcəfov Həmkarlar Təşkilatının işçilərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində fəailiyyətinin daha da aktiv olmasının zəruruliyini vurğulayıb.

***

Aprelin 29-da AMEA Qafqazşünaslıq İnstitutunun Həmkarlar Təşkilatının hesabat-seçki yığıncağı keçirilib. İclası institutun elmi işlər üzrə direktor müavini, siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova açıb.

İnstitutun elmi katibi, psixologiya üzrə fəlsəfə doktoru, dosent Südabə Hüseynova Həmkarlar Təşkilatının bu elm ocağının əməkdaşlarının əmək hüquqlarının müdafiəsinin təmin edilməsində mühüm rol oynadığını vurğulayıb.

Sonra həmkarlar təşkilatının fəaliyyətinin hesabatı dinlənilib. Sədr Yeganə Baxşıyevanın təqdim etdiyi hesabat qənaətbəxş hesab olunub. İnstitutun Həmkarlar Təşkilatının Təftiş Komissiyasının sədri Günel Qurbanovanın maliyyə fəaliyyəti haqqında hesabatı qəbul edilib.

Hesabat ətrafında Şimali Qafqaz şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Vahid Ömərov çıxış edib. Sonra açıq səsvermə yolu ilə Qafqazşünaslıq İnstitutu Həmkarlar Təşkilatına yeni sədr və komitə üzvləri seçilib. Yeganə Baxşıyeva yenidən sədr vəzifəsinə layiq görülüb.

Sonda AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov çıxış edərək institut əməkdaşlarına fəaliyyətlərində uğurlar arzulayıb.

***

Aprelin 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) kiçik akt zalında Folklor İnstitutunun Həmkarlar Təşkilatının hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə institutun direktoru, AMEA-nın həqiqi üzvü Muxtar İmanov, şöbə müdirləri və əməkdaşlar iştirak ediblər.

İclasın sədri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy Folklor İnstitutunun Həmkarlar Təşkilatının əməkdaşların əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərini müdafiəsinin təmin edilməsində mühüm rol oynadığını vurğulayıb.

Sonra institutun Həmkarlar Təşkilatının sədri Tahir Orucovun hesabatı dinlənilib. Hesabat qənaətbəxş hesab olunub.

Daha sonra gizli səsvermə yolu ilə komitə üzvləri seçilib. Yeni sədr vəzifəsinə Aynur İbrahimovanı layiq biliblər.

Azad Həmkarlar İttifaqının sədr müavini Şəhla Əmirova Tahir Orucuva sədr olduğu müddətdə həmkarlar işinə verdiyi töhfələrə görə təşəkkürünü bildirdi. Sədr vəzifəsinə seçilmiş Aynur İbrahimovaya isə işində uğurlar arzuladı, əməkdaşların suallarını cavablandırdı.

Azad Həmkarlar İttifaqının növbəti qurultayına institutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Afaq Ramazanova və Aynur İbrahimova nümayəndə seçildilər.

ETİKETLƏR:

Foto