Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Hesabat -seçkilər: yekunlar, vəzifələr

​​​​​​​Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı...

01.05.2024 00:29
11
A+
A-

Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı (BİHİ) Şəki Rayon Komitəsinin hesabat-seçki konfransı keçirildi. Konfransın işində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Təşkilat işləri və məlumat şöbəsinin mütəxəssisi Elxan Şahverdiyev və sahə Hİ Respublika Komitəsinin hüquq müfəttişi Məhəmməd Kərimov, Şəki Şəhər Bələdiyyəsinin sədri Mayis Allahverdiyev, ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri və fəalları iştirak etdilər.

Konfrans işinə torpaqlarımızın bütövlüyü və suverenliyi uğurunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı.

Konfransın gündəliyi və iş qaydası təsdiq edildikdən sonra Şəki Rayon Komitəsinin sədri Səyyarə Əliyeva  2017-ci ildən 2024-cü ilədək olan dövr üçün həmkarlar ittifaqı komitəsinin fəaliyyəti ilə bağlı hesabat məruzəsi ilə çıxış etdi. Sonra müzakirələr başladı. Müzakirələrdə İslam Bəkirov, Kamil Məmmədov, Oktyabr Rəşidov, Əliheydər Abdullayev və Səyyarə Musayeva iştirak etdilər.

Komitənin hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş hesab edildi.

Konfransda Səyyarə Əliyeva yenidən Şəki Rayon Komitəsinin sədri və BİHİ-nin V qurultayına nümayəndə seçildi.

 

ETİKETLƏR: