Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İqlim dəyişikliyi ilə bağlı risklərdən qorunma

Avropa Həmkarlar İttifaqları Konfederasiyasının (ETUC) məlumatına görə, 2020-ci ildə 80,8 min nəfər iş yerində istilərə məruz qalaraq xəsarət alıb, 67 nəfər isə dünyasını dəyişib.

01.05.2024 00:49
5
A+
A-

İşçilərin Beynəlxalq Anım Günü ərəfəsində yeni məlumatlar göstərir ki, Avropa İttifaqında (Aİ) həddindən artıq istilər səbəbindən iş yerində ölənlərin sayı dünyanın istənilən yerindən daha sürətlə artır.

Avropa Həmkarlar İttifaqları Konfederasiyasının (ETUC) məlumatına görə, 2020-ci ildə 80,8 min nəfər iş yerində istilərə məruz qalaraq xəsarət alıb, 67 nəfər isə dünyasını dəyişib.

Bu o deməkdir ki, 2000-ci ildən bəri Aİ-də isti vurma ilə bağlı iş yerlərində ölənlərin sayı 42% artıb. Ölüm hallarının ən çox artdığı ölkələr İslandiya, İrlandiya, Danimarka, Çexiya, Norveç, Avstriya, İsveçrə, Sloveniya və Slovakiyadır.

Avropa Ətraf Mühit Agentliyi də mart ayında bildirib ki, Avropada isti hava dalğaları nəticəsində açıq havada çalışan işçilər, xüsusən də kənd təsərrüfatı, tikinti, küçə təmizliyi və tullantıların yığılması sahəsində çalışanlar arasında istivurma hallarının artması ilə nəticələnib.

Buna görə də ETUC tərəfindən Avropa seçki manifestində işçiləri iqlim dəyişikliyi ilə bağlı risklərdən qorumaq məqsədilə iş yerlərində temperatur hədlərini müəyyən edən qanunvericilik tələb olunur.

Tədqiqatlar göstərir ki, temperatur 30°C-dən yuxarı qalxdıqda, iş yerində qəza riski 5-7%, temperatur 38°C-dən yuxarı olduqda isə qəzaların başvermə ehtimalı 10-15% arasında artır.

Artan riskə baxmayaraq, yalnız bir neçə Avropa ölkəsində məhdudiyyətlərin geniş dəyişikliyi ilə isti hava dalğaları zamanı işçilərin təhlükəsizliyini təmin edən qanunlar var.

ETUC-un kampaniyasından sonra Avropa Komissiyası işəgötürənlərə təlimatlar verməklə keçən yay işçiləri həddindən artıq istilərdən qorumaq üçün ilk addımlarını atdı.

Lakin artan təhlükə göstərir ki, Avropa Komissiyası aşağıdakıları təmin edən iş temperaturu ilə bağlı məhdudiyyətlərlə bağlı məcburi qanunvericilik təqdim etməlidir:

-İşçilərin həddindən artıq isti zamanı işi dayandırmaq və istirahət etmək hüququ var;

-İşçilərin içməli su, kölgədə istirahətetmə və qoruyucu geyim hüququ var;

-İstivurma hallarından qorunma həmkarlar ittifaqları ilə kollektiv sövdələşmələr və risk altında olan işçilərin mühafizəsi qaydalarına dair təlimlər vasitəsilə idarə olunur.

Konfederasiyanın katibi Culio Romani bildirib ki, bu anım günündə biz ölənləri xatırlayır və yaşayanlar üçün mübarizə aparırıq. İş təcrübəmizi dəyişən iqlimə uyğunlaşdırmadığımız üçün hər yay onlarla işçinin lazımsız yerə ölməsini qəbul edə bilmərik. Tikinti sahələrində və ya anbarlarda insanlar açıq-aşkar təhlükəli temperaturda işləməyə məcbur olduqları üçün ölür və ya ciddi xəsarət alırlar.

Məhsuldarlığı saxlamaqla günün ən isti vaxtlarında istivurma hallarından qorunmaq üçün iş saatlarının uyğunlaşdırılması işçilərin sağlamlığı üçün daha önəmlidir.

Avropada ölüm hallarının sayının artması işəgötürənlərin bunu etmədiyini göstərir, buna görə də Komissiya iş yerlərində maksimum temperatur ilə bağlı qanunvericilik vasitəsilə bunu məcburi etməlidir.

 

Azər MUSTAFAYEV

 

ETİKETLƏR: