Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Hesabat -seçkilər:  yekunlar, vəzifələr

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı...

01.05.2024 00:55
9
A+
A-

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Lerik Rayon Komitəsinin VII Konfransı keçirildi.

Konfransda sahə Hİ Respublika Komitəsinin Aparat rəhbəri Zaur Həmidov, Lənkəran Rayon Komitəsinin sədri Anar Salayev iştirak edirdilər.

Konfrans iştirakçıları öncə Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan igidlərimizin əziz xatirəsini ehtiramla yad etdilər.

Sonra MİHİ Lerik Rayon Komitəsinin və Təftiş Komissiyasının 2017-2024 - cü illər ərzində fəaliyyətinə dair hesabatları dinlənildi. Hesabat məruzələri ətrafında çıxışlar oldu.

Konfrans komitə sədrinin və Təftiş Komissiyasının hesabatlarını qənaətbəxş qiymətləndirdi.

Daha sonra təşkilati məsələlərə baxıldı. MİHİ Lerik Rayon Komitəsinin, Rəyasət Heyətinin üzvləri, Təftiş Komissiyası seçildi.

Konfrans üzvləri Lerik Rayon Komitəsinin sədri Müqəddəs Dənziyevin vəzifəsinə namizədliyini irəli sürüb yekdilliklə dəstəklədilər.

 

***

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin hesabat -seçki konfransı keçirildi. Rayon Mədəniyyət Mərkəzində baş tutan konfransda torpaqlarımızın azadlığı uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət Himni səsləndirildi.

Sonra Rayon Komitəsinin 2017-2024-cü illər üçün fəaliyyəti ilə bağlı hesabat məruzəsi dinlənildi. Məruzə ətrafında çıxışlar oldu.

Komitə üzvləri seçildi, sədr vəzifəsinə iki komitə üzvünün namizədliyi irəli sürüldü. Hacıbala Ramazanov səs çoxluğu ilə yenidən Rayon Komitəsinin sədri seçildi.

Hesabat-seçki konfransına yekun vuran Respublika Komitəsinin Aparat rəhbəri Zaur Həmidov yeni seçilmiş Rəyasət Heyətinin üzvlərinin və komitə sədrini təbrik edərək Astara Rayon Komitəsinin gələcək fəaliyyəti ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

 

 

ETİKETLƏR:

Foto