Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Zenit” İC-nin sərbəst güləşçiləri 7 medal qazanıblar

.

01.05.2024 00:58
7
A+
A-

Aprelin 23-dən 26-dək Bakı şəhərində sərbəst və yunan-Roma güləşi üzrə   U-17 Azərbaycan çempionatı keçirilib. Hövsan qəsəbəsində yerləşən FHN İdman-Sağlamlıq Klubunda təşkil olunan yarışda Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının “Zenit” Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin sərbəst güləşçiləri Muhamməd İsmayılov (51 kq.) və Hüseyn İsmayılov (60 kq.) birinci, Sənan Baxşıyev (51 kq.) ikinci, Əli Hacıyev (65 kq.) və Əli Vəliyev (110 kq.) isə üçüncü yeri tutublar.

Yunan-Roma güləşi üzrə baş tutan yarışda isə Elnur Hüseynov (80 kq.) ikinci, Əli Bayramov (110 kq.) isə üçüncü olublar.

Xatırladaq ki, məşqçi-müəllimlər Elvin Aslanovun, Səbuhi Məmmədovun, Amil Abdullayevun, Qərib Əliyevin və Əbülfət Məmmədovun yetirmələrinin iştirak etdiyi yarış müvafiq yığma komandalara seçim xarakteri daşıyır.

ETİKETLƏR: