Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Uğurların davamı

Qeyd edək ki, aprelin 23-dən 26-dək Hövsan qəsəbəsində yerləşən FHN İdman-Sağlamlıq Klubunda sərbəst və yunan-Roma güləşi üzrə U-17 Azərbaycan çempionatı keçirilib.

01.05.2024 00:59
4
A+
A-

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının “Pəhləvan” İdman Klubunun yunan-Roma güləçiləri Turan Daşdəmirov (51 kq.) və Əli Nəzərov isə (55 kq.) U-17 Azərbaycan çempionatında bütün rəqiblərinə qalib gələrək çempion olublar.

Qeyd edək ki, aprelin 23-dən 26-dək Hövsan qəsəbəsində yerləşən FHN İdman-Sağlamlıq Klubunda sərbəst və yunan-Roma güləşi üzrə U-17 Azərbaycan çempionatı keçirilib.

Çempionatda İdman Klubunun sərbəst güləşçiləri də uğurlu nəticə göstəriblər. Belə ki, Fərid Ağasızadə (60 kq.) və Nihad Abasov (71 kq.) ikinci, Ülfət Məmmədov (80 kq.) və Səid Paşayev (92 kq.) isə üçüncü olublar.

İdmançılar yarışa məşqçi-müəllimlər Akif Əliyevin, Azər Hüseynovun və Ruslan Şəmilovun rəhbərliyi altında hazırlaşıblar.

ETİKETLƏR: