Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qaliblər mükafatlandırılıblar

.

01.05.2024 01:01
3
A+
A-

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının  birgə qərarı və “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında Respublika çempionatı davam edir.

Çempionatın proqramına daxil olan voleybol idman növü üzrə yarışda oğlanlardan ibarət 15 komanda iştirak edib. Yarış aprelin 22-dən 29-dək Azərbaycan Dövlət İqtisad Universitetinin idman zalında keçirilib. Yekun nəticəyə görə, birinci yerə  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası layiq görülüb. İkinci yeri Azərbaycan Texniki Universitetinin, üçüncü yeri isə Azərbaycan Dövlət İqtisad Universitetinin komandaları tutub.

Qaliblər kubok, diplom və medallarla təltif olunublar.

ETİKETLƏR: