Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İki qızıl və bir gümüş medala sahib olublar

.

01.05.2024 01:02
2
A+
A-

Hövsan qəsəbəsində yerləşən FHN İdman-Sağlamlıq Klubunda təşkil olunan sərbəst və yunan-Roma güləşi üzrə U-17 Azərbaycan çempionatında mübarizə aparan Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının “Spartak” KBTİC İB-nin yetirmələri də mükafatçılar siyahısında yer alıblar. Cəmiyyətin kompleks UGİM-in yunan-Roma güləşi bölməsinin məşqçi-müəllimi, əməkdar məşqçi     Rəşad Rəşidovun yetirmələri Orxan Hacıyev (80 kq.) birinci və Emil Abdullayev (65 kq.) ikinci yerə layiq görülüblər.

Cəmiyyətin Sumqayıt Şəhər Şurasının yunan-Roma güləşi bölməsinin məşqçi-müəllimi, Əməkdar məşqçi Sədi Quliyevin yetirməsi Nicat İsgəndərli (45 kq.) də fəxri kürsünün ilk pilləsində yer alıb.

ETİKETLƏR: