Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Şuranın uğurları dəyərləndirildi

və sədrə yenidən etimad göstərildi

01.05.2024 10:17
6
A+
A-

Aprelin 25-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının XIX Konfransı keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iştirakçıları salamlayıb və konfransı açıq elan edib.

Reqlamentə uyğun olaraq Konfransın Mandat komissiyalarının tərkibi, Katibliyin üzvləri seçilib və gündəlik təsdiqlənib. Gündəliyə 7 məsələ daxil edilib.

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədr müavini Xatirə İbrahimli hesabat məruzəsi ilə çıxış edərək ötən dövrdə Şuranın həyata keçirdiyi tədbirlərdən danışıb. Vurğulanıb ki, Şura tərəfindən bu müddətdə böyük nailiyyətlər qazanılıb.

Digər çıxış edənlər hesabatlararası dövrdə ittifaq üzvlərinin əmək, sosial hüquqlarının qorunması, həmkarlar ittifaqlarının sağlamlıq ocaqları şəbəkəsinin müasir tələblərə uyğunlaşdırılması, genişləndirilməsi və sair sahədə atılan addımları yüksək dəyərləndirmişlər. Bu uğurların əldə olunmasında AHİK-in, onun sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin diqqət və qayğısını xüsusi qeyd etmişlər.

Daha sonra konfransda təşkilati məsələlərə baxılıb, iştirakçılar Qəzənfər Abdullayevin yenidən Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının sədri seçilməsi təklifini yekdilliklə dəstəkləyiblər.

Şura sədri çıxış edərək etimada görə konfrans iştirakçılarına minnətdarlığını bildirib. Deyib ki, Şura bundan sonrakı fəaliyyətində də öz işini “Həmkarlar ittifaqları haqqında” qanunu və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tapşırıq və tövsiyələri əsasında quracaq, fəaliyyətində yeni uğurlar əldə etmək üçün səylə çalışacaqdır.

Yekunda AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Şura sədrini yenidən sədr vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. Şuranın üzvlərinə işlərinin daha səmərəli təşkili ilə bağlı müvafiq tapşırıqlar verib və fəaliyyətlərində uğurlar arzulayıb.

ETİKETLƏR:

Foto