Yenidən sədr seçildi
.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin XXI hesabat-seçki konfransı keçirildi. Öncə Azərbaycan Respbulikasının Dövlət Himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canlarından keçmiş igid oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Konfransın işində AHİK-in Hüquq şöbəsinin müdir müavini Ruslan Bağırov, Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Elman İmamverdiyev, Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Təbriz Salamov, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Xatirə Səlimli, Şəki Şəhər Gənclər və İdman İdarəsinin sektor müdiri Arif Əhmədov, şəhid Şahmar Soltanlının anası, ittifaq üzvü Gülxar Bədirova, MİHİ Şəki Rayon Komitəsinin üzvləri və digərləri iştirak etdilər.
Konfransın gündəliyi və iş qaydası təsdiq edildikdən sonra Rayon Komitəsinin sədri Nəzakət Əliyevanın və Təftiş Komissiyasının sədri Q.Quliyevanın hesabatları dinlənildi. Məruzələr ətrafında çıxışlarda komitənin hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirildi. Konfransda Rəyasət Heyətinin üzvləri və Təftiş Komissiyasının tərkibi seçilərək təsdiq edildi.
Sonra Rayon Komitəsinin sədri vəzifəsinə səs çoxluğu ilə yenidən Nəzakət Əliyeva seçildi. Həmkarlar ittifaqı haqqında təlimata uyğun olaraq yeni seçilmiş sədr Respublika Komitəsinin XIX Konfransına nümayəndə seçildi.