Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Tələbələr arasında voleybol yarışı keçirilib

.

24.04.2024 14:47
10
A+
A-

“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında Respublika çempionatı davam edir.

Çempionatın proqramına daxil olan voleybol idman növü üzrə yarışda qızlardan ibarət 10 komanda iştirak edib. Yarış aprelin 15-dən 21-dək Azərbaycan Dövlət İqtisad Universitetinin idman zalında keçirilib. Yekun nəticəyə görə, birinci yerə  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası layiq görülüb. Azərbaycan  Dövlət İqtisad Universiteti ikinci, Bakı Dövlət Universitetinin komandası isə üçüncü yeri tutub.

Qaliblər kubok, diplom və medallarla təltif olunublar.

ETİKETLƏR: